17 Nisan 2017 Pazartesi

aldatdı mənı..

               .....
...gölməcəmi-ayaq atdım,
corabacan suya batdıım...
qayıtdım,evə ,qayıtdım-
bu gecə aldatdı mənı...
...əsgərliyə gedən əzəl
ayaqqabım vardı...-təzə...
...gözləyəcəm...-deyən,gözəl,
ahh,necə aldatdı mənı...?...
...baxmadım ata sözünə,
düşdüm qismətin izinə...
Baxdım dünyanın gözünə;
... sadəcə,aldatdı məni... 

..


12 Nisan 2017 Çarşamba

.şən oyanıb,
güzgüdə qırışlarını
yastığın günahı sayıb,
"Yəqin çox yaşayacam"-deyir,
yuxusunda ölümünü görən adam...

11 Nisan 2017 Salı

Allah göstərməsin

...
Pəhrizli adamın
quzu kababi iyi
gələr barmaqlarından...
İştahın damı
yürüyür
tamah deyilən tandan...-
...orda bomba partladı,
burda kaş ki partlamasın...
...iştahlı adamlara bir quzu azdı...
Pəhrizindən xəbərsizdi
iştahlı cüssələr...
...Allah göstərər-
Allah göstərməsin!!!