24 Mart 2017 Cuma

xxxxx

....Səfil,düşüb,ölsəm birdən,
bir əl tapılsa-götürən-
xəbər tutarlarmı,görən
əkində-biçindəkilər?

...ruha qanad atarlarmı,
günahıma batarlarmı,
Qəmə gəlib çatarlarmı
,,bir"ində,,,üç"ündəkilər...

...bilmədim,gülə bilərmi,
yaşını silə bilərmi,
...görəsən ölə bilərmi
köçündə köçündəkilər?..

...Qorxmazam..
qorxuram,nəsə...
Tanrı yolçudur hər kəsə...
...yoluma çıxır nədənsə
yuxumun içindəkilər...

Alqış

...bir nadanın haqsız sözü boyda
bir nisgil sallanır ürəyimizdən
        ömrümüzün sonunadək.
...bir ..kor"ün qiyma-süzəyi gözü boyda-
bir sızğın kəsilmir izləlimizdən-
gedirik o zamandan üzümüzdə külək...
....Arxamızca kiminsə qarğışı,
naxışı-naxışı yollarla gedirik,
gedib tapaq o Alqışı!

Anamla danışdım

.Anamla danışdım-
yer kürrəsi gözəlləşdi,
bir evə yığışdı yer kürrəsi...
bir evə sığışdı yer kürrəsi...
...Orda-ilk lay-lay səsi,
məhhəbbətin güşəsi...,
nağulların şirini,
sevgilərin dərini...
....niyə gəlmirsən,bala?-
bilirəm,yolların sızaqdı sənin,
elə bil içimdə qürbət qışıdır...
...Bəlkə corabların nazikdi,sənin,
bəlkə əllərini şaxta üşüdür?...
...Daha həsrətim də ləngidi,bala,
ayrılıq göz yaşı dadından çıxır.
İndi gözlərinin rəngi də,bala,
az qala gözümün yadından çıxa...
...Anamla danışdım..
.ağladım...

Kaş ola..

...bir yol tapdıq meşəlikdə-
Məmmədin cıgırı ola,
o yoldan dönə bilmərik
lap ömrün axırı ola...
....
gəzdik biri-birimizi-
biz işığı,işıq bizi...
...Sevincin-təbəssümsizi,
dərdin-ən agırı ola...
.....
yel əsərsə budaq əyər,
yarpagı gözümə dəyər...
...Bu meşədə azsaq əgər-
sehirli,nağıllı ola...
....
Qaçıb tələsə-tələsə
aldanarıq uçan Səsə....
...Bir gün bizi tapar Kimsə;-
kim ola-
agıllı ola...

Keçir illər....

Hər əyilən bir divarın,
istəyi-dirək boydadır...
...Bağ əkdim,ağac becərdim,
barı-bir ərik boydadır...
....
...Keçir illər,dolur ,,səbət",
sevincdə də Qəm var əlbət;
...Tanri sərvəti-məhəbbət-
ağrısı,
ürək-boydadır...
....
...Neçə sirrlərə qarışıb
daglar addayıb,yol aşır;
Dünyanın dava-dalaşı,
bir əlcə çörək -boydadır...!

bu fəsildən,o fəsilə...

...qış kecdi yazı cıxartdı
bu fəsildən o fəsilə...
Gozümün yaşı çıxarmı
bu fəsildən o fəsilə?...
xxxx
Günə qoy-yumurta bişir,
üstümə köləsi düşür....
...Deyirlər,iqlim dəyişir
bu fəsildən o fəsilə...
xxxxx
...Sinirindən çəkir dara
qaysağı qurumuş yara...
...Eşq hara,ehtiras hara?-
bu fəsildən,o fəsilə...
xxxxx
...gözümüzdə yaş,gedirik,
əlimizdə daş,gedirik...
...Gedirik,qardaş,gedirik,
bu fəsildən,o fəsilə...

Kölgəm ağac kölgəsidi

...üstümə Günəş düşəndə-
istisi -doğma istidir,
Kölgəm ağac kölgəsidi-
üstümə Günəş düşəndə.
Bir az fikrim axınlaşır,
xəyallım dağları aşır...
Bir az kəndim yaxınlaşır-
üstümə Günəş düşəndə.
......bu isti -doğma istidir,
üstümə Günəş düşəndə.
Kölgəm ağac kölgəsidi-
üstümə Günəş düşəndə

...hər kəsin üstünə Günəş düşərsə
heç nə kölgəsində qalmaz,ay atam,
Dünyada qaranlıq olmaz,ay atam-
bir az qəlbimizə Günəş düşərsə...!

Sözüm var

Düz sözə-hər bir inciyə
əyyan,sənə sözüm var.
Uşaqın ilk sevincini
duyan-sənə sözüm var.
.....
Kim boğdu O,Qübb səsini,
Ənəlhaqqin nəfəsini?!
...Nəsiminin dərisini
soyan,sənə sözüm var!
........
İmanlımı Sürəsi?
Qibləlimi tövrəsi!!?...
...Dayan,Ay Yer Kürrəssi,
Dayan!
Sənə sözüm var!
. . .......
.......(......)
....Bir gün Günəşdən də ağa
mənim həqiqətim doğa....
...Qağa...
ay qağa,ay qağa,
oyan....
sənə,sözüm var...

Sevin!

Qardaşıından-sirdaşından
küsüb gələ-gələ, sevin...
Gözünüzdə göz yaşını-
sevin,silə-siıə ,sevin...
Taleh deyil-gördüyümüz,
ömür deyil-sürdüyümüz...
Barmaqda qan dərdiyimiz
o tikanlı gülü ,sevin!..
(Banı sökülmüş damları,
gülü-xəzəl badamları,
zaatı qırıq adamları-
nə olar ki?!
Hələ , sevin...)..
Çatdırar mələk qanadı.
ümüd-uzun yolun atı..-
......Sevgi-Tanrı mükafatı-
necə varam-elə,sevin!

Apardı

...günümü,güzaranamı,
gün keçdi,gecə apardı...
döndərib şirin yuxuya
ömrümü necə apardı......!
********
...göz-gözü görmədi,nədi,
sehrlı bir axşam idi-
quzu qurda nağıl dedi,
çaqqalı cücə apardı...
*******
...qaldımmı  günün yadında,
söndümmü haqq inadında?...
...Tutub cılız qanadında
sözümü sərçə apardı...

,,Yeseninin yuxuları,, silsiləsindən

..bu şəhərin işıqları-
şərq gecələrinin ay qısqanclığı -
nə öldürməli deyil,nə də unutmaq mümkün...
Xəzərin ləpələri köpkün-köpkün,
özü mürgülü sahilə uzanır
dərin-dərın nəfəs çəkib....
Töküb
üstümə bu işığı bu şəhər-
yıxılıb mürgülü Xəzərin böyründə
yatdım ..Bir səhər
dirilənədək...

bacarsaydım

...bacarsaydım-
ayı günəşə,günü aya toxuyardım...
bacarsaydım-
uzunqulağa
bülbül nəğməsini oxuyardım...
....süküt içində yox olmazdım...
bacarsaydım-
atamı,anamı aldadardım-
...doğulmazdım...
...Amma..
qismət var ,sabah var,
alın yazısı....
...ömür var,günah var...
Bir addim arzu,
bir addım sevinc,
bir addım baxt...
Bax-
belində küləyi,
ovcunda ürəyi,
əlində çələyi-
hara qaçır Vaxt?!

...eşq dəslədik

Attdığım addımlarımı
ağzı açıq bir ız yedi...
Həyətimdə qizilgülü
yem gəzən dügəmiz yedi...
Atım şımşəkdən hürkündü,
(üstümü ört!...Nə bürküdü?!)...
...Əsrin çirkindən çirkini
nə yedisə-təmiz yedi.
İtən umudu səslədik,
qaranlığı əzizlədik...
...İçimizdə eşq dəslədik-
onu da qəlbimiz yedi.
...Dürdüm üfüqün yanında
günəşə çatmayan anda.
...Tapdığımız mənanı da
ağappaq bir kağız yedi...

Tapar məni

Gah sıxır,gah qucaqlayır-
bu ev,bu daş-divar məni...
Gözümü yumuram-xəyal,
xatirəyə qovar məni...
xxx
orda-qum dünyam dağılır.
orda-Məni kim çağırır?...
Orda-nənəmin nağılı-
Tanrım,ora apar məni!!!
xxxx
....Orda-o bucağın tini,
gündəlikdə "iki" günü...
...Orda...Ehhh..-"Sevirəm səni."..-
bəlkə bir gün tapar məni...?!...
xxxxx
....
.....baxdım bu evin daşına,
çəkdim əlimi başıma-
qaytardı əllı yaşıma
üstümə yagan qar məni...

Səs

Süküt məni qucaqladi-
fikirlərim kəsə gəlir,
böyrümdə dogma ryhlardan
fırlanan nəfəsə gəlir....
xxxxxxx
Sular sığnadı adamı,
islatdı qürürlü damı...
Dövrün "ağıllı adamı"
aza-aza-səsə gəlir....
xxxxxxxx
....(Şimşək şimşəyə dəyəndə,
qoçağı nadan döyəndə,-
məni başa sal,deyəndə-
,.ehhh əşşı",ya,"nəsə" gəlir...)..
.....Əldən tikə ala-ala,
itimiz baxmazdı yala...
Birdən hürəndə Səslərə-
Qağam deyərdi -a bala,
dur,bax,bəlkə kimsə gəlir....?.....

Dədəm Nəhmət Kərimovun əziz xatirəsinə

...nə alınımın qırışı,
nə də əlimin qabarı
çatammazlar dədəmin gülən gözlərində olan nisgilə....
Dədəm Dava görmüşdü-
Dədəm Ölüm görmüşdü-
nə nöyütün qiymətındən,
nə də qonşü qeybətindən-
xəbərsizdi Dədəm mənim...
.....
Əlimiz tikan dərərdi,
ruhumuz təkan görərdi...
---Qurd quzuya su verərdi
Dədəm Döyüşdən dönəndə.
.....
...Ya qiş idi ,ya bahardı,
ya şam idi,ya nahardı...
Hamının vicdanı vardı-
Dədəm Döyüşdən dönəndə.
......
....
Nə oldu?...
..nə alınımın qırışı,
nə də əlimin qabarı
çatammazlar dədəmin gülən gözlərində olan nisgilə....
Dədəm Dava görmüşdü-
Dədəm Ölüm görmüşdü-
nə nöyütün qiymətındən,
nə də qonşü qeybətindən-
xəbərsizdi Dədəm mənim...

Tut havanı

Saxlama əllərini havada-
havanı qucaqlamq istəyən kimi-
ada qırağında sular axmaz-
sahilsiz dənkzdir ada ətrafı...
Bızə baxmaz
daha,qafil
bizdən küsən dəniz....
...Bu davada
qasırğadan başqa qalib yoxdu,mənim balam.
Gəzmə onu,
ud havanı!
Tut havani .

Mayakovcki demişkən

....içində işıq itən zülmətə oxşayır-
mənim çılızları başa düşmək istəyim....
sən Kosmosdan danışırsan,
o küləkli havadan....
....Küləkli hava-ürəksizc,,kişi,,lərin
şam yeməyındən sonra arvadına hünərindən danışması-
vaakum boşluğu....
Sərxoşluğu burnunda
cılız hünərlərın,
şam yeməyindən sonra qoçaq,
həyıtində qəfildən it hürsə-
kölgəsindən qorxan yaltaq ərlərin...
....qorxdunuz ....
Gəzin əsrlərdən gələn müəmmalı sətirlərdə
təssəli yerini...

Gedirik

Qurtulub qayğının küt pəncəsindən
yıxılıb gedirik,yıxıb gedirik.
Ömrün yarıbağlı pəncərəsindən
boylanıb gedirik,baxıb gedirik.


Üzümüz Günəşə,yollar zülmətə,
ünvansız səfərlər-evsiz küləkdir.
Hər qəlbdən bir bucaq düşür niyyətə-
qaçan arzulardı,qovan fələkdir.

Quyruqlu dillərin duası yalan,
əsəb tük üstündə,vicdan darıxır...
Səndən min illərdi arxada qalan
bir də görürsən ki,qarşına çıxır...


Qələm titrək əldə,hərflər itir,-
çıx qəmi qarşıla yığdığın gülnən!
Gözünün önündən hədəflər itir-
üstünə qayıdır atdığın güllə...


Yamaqlı-yamaqsız bu əyinbaşı
özümüz biçmişik öz əynimizə.
...Məhəbbət naminə tökülən yaşın
damlası qarışdı bəlkə dənizə...


...Özü öz odunda qaynar bu dünya,
biz də ulduz kimi axıb gedirik...
Bizimlə gizlinpaç oynar bu dünya-
gizlənib gedirik,baxıb gedirik,
Görən birdəfəlik çıxıb gedirik?!...

Burda bir qız yaşardı

Burda bir qapı vardı;
üzümə açılası günü var idi onun.
Burda bir həyət vardı;
ağacları,otları,gülü var idi onun...
 Burda bir ümüd vardı;
sevgimdən bir xəbərsiz könlü oyadacaqdı.
Burda bir arzu vardı;
xəyalımda doğulub ruhumda yatacaqdı...
Burda məhəbbət vardı-
gecəsi ay çöhrəli,gündüzü Günəş boylu.
Burda bir gözəl vardı-
o həyətdən,qapıdan mənə baxırdı toyu...
....Orda bir qapı qalıb-
dəstəyində əllərim qırıldı qaldı onun.
Orda bir həyət qalıb-
bağçasında gülləri saraldı qaldı onun...

......Eh,nədir bu fikirlər
ürəyimi ağrıdır,gözlərimi yaşardır.
Burda bir həsrət qalıb-
orda bir qız yaşardı.
orda bir qız yaşardı...

                 27 fevral 1986

İşıq ömrü

Ha silirəm dadı getmir həsrətin-
dilimdədir,sözümdədir-nə fərqi?
Baxan görür,adı getmir həsrətin-
üzümdədir,gözümdədir-nə fərqi?...


Bəlkə yoxdu yer üzündə tayımız,
ulduzumuz,Günəşimiz,Ayımız...
Biz də saydıq,fələk saydı-sayımız
ya birdədir,ya yüzdədir-nə fərqi?


Sözü acı-həsrət dadan dillərin,
yönü xəzan suya həsrət güllərin...
İnnən belə güman gəzən əllərim
ya başdadı,ya dizdədir-nə fərqi?...


Könlün niyə qəmdən-qəmə tələsir,
parıldayır gözündə yaş giləsi...
Biz bir işıq ömrü sürdük-şöləsi
gecədədir,gündüzdədir-nə fərqi?!.

Ağac kimi

Bir damla yaş boyda dəryada batıb,
bir qırıq hıcqırtı boğanda səsi,
günahı çiynində ruhuna çatıb,
öpəndə üzünü mələk nəfəsi-
ağac kimi
  torpağında qurumaq istəyirsən,
istəyirsən qısılasan bir budağa
   bir yarpağa...
Ömrün boyu becərdiyin o ağacın
gövdəsində bir damla su,
yarpqına dəyən yellər....
Sənsən axı o ağacın gövdəsində
əllərinin qabarıyla,
yrəyinin qubarıyla....
...Kim bilir,bəlkə də ağacıq elə-
doğulan günündən son nəfəsədək
hərə öz-özünü becərir belə...
Hopur damla-damla budaqlarına,
əsir külək kimi yarpaqlarına...
...Bir bax,meyvəsində dil açıb,ağac,
yaz gəlib,yenə də gül acıb ağac...

Süküt

Üzülür küləyin nəfəsi burda,
qaralir-buludun içində səma,
Sükütlar sallanıb soriulan qardan-
ətrafda heç nə yox-bircə Vaxt,Zaman...
Heç nə yox-doguldum,böyüdüm,öldüm-
arada agrılar,sevinclər-Zaman.
Onu  saatlara -aylara böldüm-
qaralan vərəqdə tarixi yanan---
              Tarixi-Yalan!!!!
Nədir ki bu tarix Zaman deyilsə,
sevinclər,ağrılar bölüntü adda.
50 il,150,...küləyi əsər
sükütü qanında,rəngləri yadda...
Yaddaş da zamandı,ölüm də-vaxtdir-
rəqəmlər saxtalıq donunda- hakim!
Gəl doğul,..Qəm,Sevinc..Dur ölək vaxtdir-
özumlə sükütü Zamana büküm

uzaq yaxın

Əsəbləşib danışanda qırıq-qırıq,
istəyirik qəlb sındıraq bu yasaqla-;
qışqırırq,səsimizi ucaldırıq,
çığırırıq yaxın olub,biz üz-üzə dayansaq da...
...
kim eşidir bu yalanı,ya bu düzü?
Səs ucalır,kin-kidürət coşub daşir...
Bu nifrətlə lap yan yana gətirsək də üzümüzü-
bir birindən  ürəyimiz uzaqlaşır...
...ürəyimiz uzaqlaşır...
Səsimizi ucaldırıq uzaq urəklər eşitsin,
uzaq urək,kinli ürək kardı,atam...
ondan özgə hansı ürək vardı,atam?!...
....Nə məlahət var içində
uzaqlardan pıçıltısı gələn səsin...

İtirdim

Yol gedirəm mən payıza-
öz içimdə aza-aza....
Qələm tutdum-bir söz yazam
sətirimi itirdim




Arzum yoxdu-daş dəyməmiş
yedim almanı dəyməmiş....
Başıma Günəş dəyməmiş
çətirimi itirdim




Göz açıb baxdım göylərə
bu sirrlərə nə söylərəm...
Burnum aldandı iylərə-
ətirimi itirdim...



bu sirrləri aça-aça
günə isti saça-saça
asanlara qaça-qaça
çətinimi itirdim........

Bayatı

Endim dumanlı dağdan
o körpünü keçmədim
Şirin-şəkər bulaqdan
doyunca su içmədim..
                                 
                          ....Əzizinəm,ağlı yollar
gözlüdən dağlı yollar...
Əlləri niyə bağlı-
yolları bağlı-yollar?!...


Düşəmmədim enişə,
yolumda çən avazı...
Gecikdim o görüşə-
öpəmmədim o qızı...



                           ...Əzizinəm bu nə sevgi,
bu nə dədrdi,bu -nə sevgi...
Bu qədər həsrət olmaz!-
Nə derrsən,buna,sevgi?!.


Yuxular gözə dağdı...
Yuxularım niyyətdə...
Görürəm-atam sağdı,
qardaşım da həyətdə....

                            ...Əziznəm yanıram!...
bu nə işdi-danıram!!!!
Ürək-orda,mən burda-
özümü nə sanıram?!!!



Gözlərimiz nəm udur,
əllərimiz silməsin!...
Məni yaşadan odur-
bircə ümüd ölməsin!!!!

                             ...Əzizim göl görürəm,
meşəni bol görürəm...
Hələ baxıram-baxıram,
hələ bir yol görürəm....

Qalmadı?!

Hələ yağır üstümüzə yağışlar,
bilinmədi nədən nəmli baxışlar....
,,Alça-gülü'',Çətən,Çərək naxışlar
xalçalara,gəvələrə qalmadı?...


Əsdi külək-son yarpağı qopardı...
kim itirib,kimlər bizi tapardı?...
...Ürəyimiz nə boydaymış-apardı,
dərdlərimiz dəvələrə qalmadı....


Talehini doladığı bu torpaq,
gözləriylə yaladığı bu torpaq,
tər-qan töküb suladığı bu torpaq-
babalardan nəvələrə qalmadı?!!!!

X a t i r ə

Eşikdə quşbaşı yağan
ağappaq qardı,bilirəm.
Məndən özgə ona baxan
bir gözəl vardı,bilirəm...



.....Pəncərəmiz yaxın idi-
Güya o məndən xəbərsiz,
güya mən ondan xəbərsiz,
gah  Günəşə  boylanardıq,
gah yağısa əl tutardıq...



...Ilahi o,nə vaxt idi-
az qala,yadımdan çıxa...
Onda baxtımız baxt idi,
qəlbimiz-yuxadan yuxa...

Biz Günəşə sevinərdik,
biz yağısa sevinərdik.
Gözümüzü yan çəkərdik-
düz baxışa sevinərdik...


...Sonra...sonra illər ötdü-
o qardan dən düşdü başa.
Yağışın damlası soyuq,
Günəşin istisi- başqa...


Sonra,sonra ürəyimiz
nifrət gördü,qəzəb duydu.
Sonra,sonra qapımızı
ayrılığın əli döydü...

...Baxıram,tapa bilmirəm,
o mənə baxan gözəli,
əllərini pəncərədən
yağışa tutan gözəli...


Ha durub,ha boylanıram,
daha yola sazaq düşüb.
Ya mən artıq pis görürəm,
ya pəncərəm uzaq düşüb...

...Amma,amma yavaş-yavas,
yenə qar yağır,bilirəm.
Bir qadın öz nəvəsiylə
həyətə baxır,bilirəm...

Oxuyub şerimi ağlama

Getdim-bəlkə çatam ömrün yazına,
gəldim-ürəyimə qabar qazanam...
...Mən şair deyiləm,şer yazanam-
oxuyub şerimi ağlama,qardaş.


Fələyin amansız çagına gəldim,
inanma,kim desə ağıla gəldim...
...Mən sehrə inandım,nağıla gəldim
oxuyub şerimi ağlama ,qardaş!


Günəşi axtardım-düşüb soyuğa,
elə əl uzatdım curuk dayağa...
Dünya gülməlidir başdan ayağa-
oxuyub şerimi ağlama qardaş.


Qəlbimi min yerə bölə bilmədim,
göylərin sirrini bilə bilmədim.
Mən necə sevdim ki,ölə bilmədim-
oxuyub  şerimi ağlama qardaş!!!


Hardasa bir ürək anmadı məni,
çiynimə mələklər qonmadı,mənim?...
Ahımdan fələklər yanmadı mənim-
oxuyub şerimi ağlama,qardaş.


...Bilmirəm bu cığır hara uzanar,
soyuq ürəyimiz harda qızınar?...
...Mən şair deyiləm,şer yazanam-
oxuyub şerimi ağlama,qarda...

Geriyə baxma

Xatirələr qəlbdə sağır
ömür keçir ağıır-ağır...
Keçən yola yağış yağır-
sən geriyə baxma qardaş...



Gözünə yaş,könlünə yük,
ömür kiçik,ömür böyük...
İlk məhəbbət-böynü bükük-
sən geriyə baxma qardaş...


Hələ fikrin yaraqlıdı,
Hələ saçın daraqlıdı...
Öndə nə var-maraqlıdı-
sən geriyə baxma qardaş...


...Yaman uçdu əllərimdən o günlər-
sən geriyə baxma qardaş....

Kimdən qaçdıq,kimə çatdıq?....

Buzdumu bulaqımdaki,

Buynuzdu çomağımdakı!...

Səsimdi qulaqımdakı-

Zildən düşüb bəmə çatdıq.


Nizaminin gözəlindən,

Nəsiminin əzəlindən,

Füzülinin qəzəlindən

Ruhum boyda qəmə çatdıq...

...Sonra hansı dəmə çatdıq!?


Kor elədik qəlbimizi,

Düzümüzü,qəlpimizi...

Kimdir qovan görən bizi,

Kimdən qaçdıq,kimə çatdıq?....

Bu su niyə durulmadı?.

Lal arzum içimdə yatdı
yuxuma acılıq qatdı...
Hansı yol üfüqə çatdı
hansı yolum burulmadı?...


Su içində batdı çəmən-
çayı hamən,gölü həmən...
Ha üfürdüm suyunu mən-
bu su niyə durulmadı?...


Çəkir fikiri-su dünyadan,
son nəğməli qu dünyadan...
Mən yoruldum bu dünyadan
dünya məndən yorulmadı...


Hər yan səbəbsiz tələblər-
boş ürəklər,dolu ciblər...
Əlimi kəsən bu iplər
bu zəncirlər qırılmadı...


Küləklə əsən ləçəklər-
yol boyu baxan göyçəklər...
Suda batdı o çiçəklər-
nə yaxşı ki saralmadı....

Olsaydı.

Zaman tələsdi-qurtarmır,
küləyi əsdi-qurtarmır...
Şaxtası kəsdi,qurtarmır-
bir yaz olsaydı,olsaydı...



Həqiqətdən-düzdən baxan,
üstümə yağış tək yağan,
kəlməsinə dövran sığan-
bir söz olsaydı,olsaydi...


Füzili eşqi-hallanan...
Namus gülündən ballanan,
üzü həyadan allanan
bi qız olsaydı,olsaydı...


Bu axan-Arazdı,Kürdü-
nəyə baxdı,nəyi gördü?...
Mənim gözüm daha kordu-
bi göz olsaydı,olsaydı...

Öz arzumu soraqlayım,
Öz içimi ha dağlayım...
Basıb sinəmə ağlayım-
bi saz olsaydı,olsaydı...

Oxusun (poemadan)

Oxu qardaş,dinsin səsin,
ürəyimi didsin səsin-
bir ,,qarabağ şikəstəsi,,-
şikəstələr qoy oxusun...


Yaşayırıq nə dəmində,
yurdu yoxdu heç qəmində...?!!
Xətainin çəmənində
düşmənlərim toy oxusun!!!


Kim axtarır dərd yerini-
qəzəbin o sərt yerini...?
Yaddan çıxan mərdliyini,
tarixini öy-oxusun...

Yurduma qan gətirənin,
orda qanqal bitirənin...
O gorunu itirənin
sən goruna söy,oxusun!!!



...Yurd boyu soraqda gedin-
deyin-umudum sən idin...
Əliqılınclı igidin
qapısını döy,oxusun!!!

3 Kasım 2012 Cumartesi

20 faiz poemasından

Mənim babam dağlı idi-

ucalığı sevdiyindən

boyu dağlara çatardı.

Səsi-şəlalə harayı,

səbri-meşə sükutuydu.

Danışanda bir kimseylə-

əcəb-əcəb,yaxşı-yaxşı deyə-deyə,

elə maraq yaradardı

söhbət edən söhbətini-

ən şirin söhbət sayardı.

...Mənim babam dağlı idi-

o,dağlara baxa-baxa,

buludlardan danışardı,

yağışlara qarışardı...

Məhəbbətdən soz açardı-

cavanlarla ,,yarışardı,,...

Amma nəsə... o dağlardan danışmazdı,

kanal suyunu içərdi-

bulaqlardan danışmazdı...

...Elin-günün xoş çağında,

köçmüşdü dağdan arana-

istəseydi qayıdardı-

amma dağa baxa-baxa,

öz içində darıxardı...

Allah ona rəhmət etsin....

ⅦⅦⅦⅦⅦ

Əgər bir dağ lal səbrində dindisə,

dağa dönüb ürəyinə döndüsə,

Əgər bir dağ həsrətində öldünsə-

o bir dağın neçə faiz,ay baba?

bəs bulağın neçə faiz,ay baba...!!!!!!



          .......................
İz boyu gülləri solub
qərənfil telini yolub...
İlk görüşüm burda olub-
bu bulaq-mənim bulaqım...



Sirrlərimi daşıyardı,
damlasında kişi vardı..
Barmaqlarım üşüyərdi-
bu bulaq mənim baulaqım...



Nə gərəkdi,nə hədərdi?
Nə sevincdi,nə kədərdi?
...Elə Vətənim qədərdi-
bu bulaq mənim bulaqım..



Yollarını keçmək olmur
otlarını biçmək olmur...
Sal suyundan içmək olmur
bu bulaq mənim bulaqım...


...Söylə qardaş,dayazlara
bu nə yoldu,bu nə izdir!!
Böl Vətəni faizlərə-
hər damlası-yüz faizdi-
bu bulaq mənim bulaqım!!!!!!!!




Mən bilməzdim...bu qəm nədir
harda mərdlik səddi bitdi...
Bığım saqqalım var idi-
hara getdi...hara getdi?!!!


Yuxulara qatılan yurd
xəyallara salınarmış...
Oba-oba satılan yurd
faiz-faiz alınarmış!!!!

Qalar

Külək dalğaları yoracaq,atam,
duman da dağlara çəkilb qalar.
Bu dünya yerində duracaq,atam,
damları-daşları sökülüb qalar.


Gedirik,qaçırıq niyyətə doğru-
özundən xəbərsiz min adamoğlu...
Dərdini içində boğ,atamoğlu,
gözlərinin yaşı tökülüb qalar.


Hissim bir kimsəyə dil açmayacaq,
nə də ömür uçun əl açmayacaq.
Yığılan var-dövlət gül açmayacaq,
hardasa bir ağac əkilib qalar.


Əli,toy gətirək savaş üstünə,
bacı sifətinə,qardaş üstünə.
...Bəlkə bir soz yazdım bir daş üstünə-
hərflər tarixə bükülüb qalar!

Qoca qartal

Uça-uça yerə baxan,
hələ gözudiri baxan,
dovşana ötəri baxan-
qoca qartal yem axtarır...


Qanadları agırlaşıb,
daha fələklə barışıb,
sonuncu dəfə yıgışıb
ova çıxıb,qoca qartal...


Bilir daha yetir yolu-
hər mənzilə çata bilməz...
Amma göyün şahı olub-
o torpaqda yata bilməz!!



...Günahını əhv eləyin-
gunahlardan keçəndə siz...
Qartalları dəfn eləyin
buludların icində siz!!!

Meymunlar

Başımız görsə də neçə oyunlar,
əzəldən oyunbaz vərdişimiz var.
Indi kuçəmizdə gəzir meymunlar-
bizim Afrikada nə işimiz var?..


Möcuzə zamanı çatıb deyəsən;
Gedək,sehrbazın gözunu tutaq.
Baxsan tapacaqsan hər məclisdə sən
yüz dənə şimpanze,yüz aranqutanq...


Az qala dəridən qabıqdan cıxır,
tərif meymunları,dil meymunları...
Gendə itirirsən,qabaqdan çıxır
otaq meymunları,əl meymunları...


,,Yazıq,, hallarına yananı catmır-
sözləri üyüdən agızları-çox.
Bircə əllərində bananı catmır,,
amma ciblərində ,,kagızları,, cox!


....Eh,çoxdan oyunbaz vərdişimiz var,
başımız görsə də neçə oyunlar...
Daha Afrikada nə işimiz var,
gəlib içimizdə gəzir meymunlar...
Bir bax-kuçəmizdə gəzir meymunlar...