24 Mart 2017 Cuma

Adəmlə Həvvanin günahı nədir?!

İlanı mələkdi almalı bağın,
gələrmi nidası o ulu çağın?!
Balası tələdə ala qarğanın-
Adəmlə Həvvanın gunahı nədi?!
x x x x x x x
Önündə açılmaz sirrli göy idi-
özündən aşağı çatdı öyüdy!
Əlinə daş alan uşaq böyüdü-
Adəmlə Həvvanın gunahı nədi?!
x x x x x x x x
Günəş ağladıqca gülüşü dondu,
çayları qurudu,şamları söndü...
Torpaq daşa döndü-qayaya döndü-
Adəmlə Həvvanın gunahı nədi?!
x x x x x x x x x
Qaçdı Adəm oğlu,qaçdı alqışdan,
çəkdi gözlərini Ali baxışdan,
kimi səsdən qorxdu,kimi yağışdan-
Adəmlə Həvvanın gunahı nədi?!
x x x x x x x x x 
Budur!Can davası,boğaz davası,
müqəddəs sayilan ağız davası...
Çatdı söz davası,kağız davası-
Adəmlə Həvvanın gunahı nədi?!
x x x x x x x x x x 
...Görən bundan belə nə söz qalası
əgər ruhumuzun uçsa qalası?!!!
Allah olammadı insan balası-
Adəmlə Həvvanın gunahı nədi?!
x x x x x x x x x x x 
....İlanı mələkdi almalı bağın,
gələrmi nidası o ulu çağın?!
Balası tələdə ala qarğanın-
Adəmlə Həvvanın gunahı nədi?!.......

Hiç yorum yok:

Yorum Gönder