24 Mart 2017 Cuma

Dəlilər

Bir hərbi komissarın dediklərindən-Qarabağ müharidəsi
      vaxtı rühi xəstələrin (dəlilərin) sayı artdı.



Bu da bir həqiqət-kaş ola yalan,
belə həqiqəti danmaq çətindir,
nə də qaçmaq olmur tarix-hökmdən!
...Bir vaxt döyüşlərdə dəlilik alan
Koroqlu nəvəsi indi nədəndir,
'''dəlilik,, kağızı alır həkimdən?!!

Hardadı sərhədi mərdlik səddinin-
çatdı gecə üzlü ay addımına.
Yeddi min yeddi yüz yetmişyeddinin
niyə sevinmirəm say artımına?!.


...Sancılar xəncərim düşmən qəddinə,
sözlərim bir vaxtın nağılı olar.
Bu təzə yetmişlər,təzə yeddilər,
təzədən "düzəlib'' ağıllı olar...

Hiç yorum yok:

Yorum Gönder