24 Mart 2017 Cuma

Yerinə

...qaça-qaça gəlib çatdıq
ömrün qarışıq yerinə.
Sevgini kimsəsiz atdıq-
durmadıq keşik yerinə.
...indi könlünün "yoxuyam"...
-keçəndən ilmə toxuyub
gəl sənə lay-lay oxuyum,
ürəyim-beşik yerinə...
Külək vurdu bizə bizi,
buz elədi qəlbimizi.
....Qayıt,tutaq əlimizi
dünyanın deşik yerinə.

Hiç yorum yok:

Yorum Gönder