24 Mart 2017 Cuma

Həsrət

Saxla bu həsrəti məndən yadigar-
yetim bir ümüd tək sıx gözlərinə,
güzgü qarşısında durub axşamlar-
mən baxan sayağı bax gözlərinə...
...Sirrli gözlərində od qalamışam-
yandırar alovu ağrı-acını...
Sıxıb gözlərini ağla bu axşam-
gözünün altında tut ovucunu:
tökülsün ovcuna həsrətim mənim...
Saxla bu həsrəti məndən yadigar!
1985

Hiç yorum yok:

Yorum Gönder