24 Mart 2017 Cuma

Utanan uşaq..

Ayaq aça-aça yıxılırıq biz,
üstümüz-başımız toza bələnir...
Belə addım-addım qocalırıq biz
o toz tək- uşaqlıq,uçur,ələnir...
...Belə addım-addım qayğılar yaxın,
daha körpülərdən keçə bilirik.
Yıxılmağı çətin böyük olmağın-
yaxşını yamandan seçə bilirik...
....Niyə danışıram özümə yalan-
kim dedi yaxşı nə,yaman nə rəngdə?..
Hələ körpə qalan,lal-dinməz qalan
utancaq ürəklər təmiz ahəngdə...
Hər şeyi yerbəyer eləyib bir gün.
yaxşını-yamanı addımdan uzaq,
üstünə əddalıq çiləyib bir gün.
qayğılı körpülər adından uzaq-
gizlənə-gizlənə uşaqlığından
bizim önümüzdən adamlar keçir...
....Utana-utana uşaqlığından,
adamlar yaşayır aramızdaca.....
....Eh birdə yıxılsam uşaq sayağı
üstümə bələnən tozu öpəcəm....

Hiç yorum yok:

Yorum Gönder