19 Temmuz 2017 Çarşamba

Ağrı

...hər ağrının-qiyməti var,
bilməyən-naşı ağrıyır...
Qibləsi var,hümbəti var-
kimsə çaş-başı ağrıyır...
bu bağçanın gülü keçdi,
,.Bismillah,.de,ölü keçdi...
.....Ağsaqqalın günü keçdi-
cavanın yaşı ağrıyır...
Ya qarğıyıb,ya xoşlayıb,
dərdi böyüt ha xoşlayıb...
Qardaş,dünya naxoşlayıb-
dünyanın başı ağrıyır...
...baxın-gizlədim ovcumda-
ya arzumdu,ya borcumdu...
Tutub yağışın ucundan
gözümün yaşı ağrıyır....
...Hər ürəyin səbəti var,
Ağrı boyda-sərvəti var...
Hər ağrının,qiyməti var,
bilməyən-naşı ağrıyır...