8 Eylül 2018 Cumartesi

"Qərib yuxular" silsiləsindən.

..sübh-gözümdən keçdi ulduz yığını,
Ay Günəşə,Günəş Aya sığınıb...
Qərib eldə gur xəyalım sıxınıb,
darıxanda göyə baxıb mən aram,
axtarıram,doğma ulduz tapıram...
Payız Qəmi yarpağına bükürdü,
baxıb bulud birdən-birə hönkürdü...
...Kükrəyən çay nə Arazdı,nə Kürdü
amma elə sahilinə çıxıram,
axarına,ləpəsinə baxıram...
...yenə külək xalça kimi sərildi,
du diyarın sevinci də sərindi...
...Qərib könlün həsrəti nə şirindi-
doğma ulduz əl eləyir,səsləyir,
bizi burda Vətən eşqi bəsləyir.

31 Ağustos 2018 Cuma

Allah,bizi özün saxla

.gül-çiçək qəfil solacaq,
buludlarla göy dolacaq;
Yadımızda nə qalacaq
ötən gündən,
ötən gündən?...

....qaya uçub,dağım "düşüb",
xəzanlığa bağım düşüb...
Başımdan papağım düşüb
qədir-qiymət itən gündən...

..bu nə evdi,bu nə qurğu-
yolu kəsə,izi yorğun?...
Nəğməm susub,qarğa-quzğun
bülbü kimi "ötən" gündən...

...hara gedək bu ayaqla?...
Anam,gəl,üstümdə ağla...
...Allah,bizi özün saxla
hələ bundan çətin gündən!!!

1997.

29 Ağustos 2018 Çarşamba

Uşaq

Qardaşım Natiqə
...asta-asta gəlir uşaq,
gah yıxılır,gah da qalxır,
dolur Günə,dolur yaşa-
açılan sabahdan qalxır.
söz bilib nağıla gəlir,
gözündən ağıla gəlir...
Şəkərə,noğula gəlir-
istəkdən,tamahdan qalxır.
böyüyür-gileyi görür,
hər əsən küləyi görür...
....Qisməti-çörəyi görüb
keçilməz günahdan qalxır.
...qocalr-ömrü yadında,
keçə-keçə inadından...
...Tutub ruhun qanadından
Bir olan Allahdan qalxır...

19 Mayıs 2018 Cumartesi

хххх

...baxa-baxa gülürdüm,mən,
yıxılirdım,dururdum mən,
səpə-səpə gəlirdim,mən-
yığıldımı daşlarım?
ooooooo
O itən ,.təkər,. öndə,
oyuncaqlar çəməndə...
Ağlardım nəsə mən də-
küsəndə qardaşlarım...
ooooooo
...quru qəhəri aşdım-
qaçdım,bulağa ,qaçdım.
...bulağın suyu yaşdı-
islandı göz yaşlarım...