11 Ekim 2019 Cuma

Dünyada ən ağır,ayrılıq dərdi

hələ yol gedirsən,yoldasan hələ,
qeybətə,qarğışa-döz,gülə-gülə...
...qürbətin sevinci tələdi-belə...
...dünyada ən ağır-ayrılıq dərdi...
gününə naxışlar ilmə hörməzdi,
içində qəzəbin,hirsin -,,dönməzdir",
vaxtında Getsəydin...bəlkə görməzdin-
dünyada ən ağır-ayrılıq dərdi...
...yadında saxlayıb hər günahını
gündə neçə dəfə söy Allahını....
...bəs hanı,hər Qəmə,ortağın,hanı?
Dünyada ən ağır,ayrılıq dərdi.
...dəlkə danışasan,bəlkə,dinəsən,
qalxıb öz əqlindən-
ruhdan enəsən,
bəlkə qayıdasan,
bəlkə,dönəsən?-
Axı....
...dünyada ən ağır-ayrılıq-dərdi.
oktyabr 2019.