28 Haziran 2019 Cuma

xxx

...bir gün yadımda var idi-
bağımız bütün qar idi...,
xəyalımda bahar idi
dünyanın düz tərəfində...
hər çən-duman Bir dağındı.
....görürsən,qara ağındı?
Yaxındı,qardaş,yaxındı,
şəkər də duz tərəfində...
...qəmimiz -neyə,tütəyə,
gəmimiz-zirvəyə-tiyə...
yığdım abrımı ətəyə
dünyanın qız tərəfində...
göylə yer əyri olsalar,
kiminsə sehri ollsalar.
Sözlə haqq ayri olsalar-
mən qaldım söz tərəfində..
23.01.2019

heç nə bilməyən kimi..

baxdım dünyanın üzünə,
vaxtam-dünyanın üzünə!
Çıxdım düünyanın üzünə
heç nə bilməyən kimi..
*****
ilişdim yağışına,
yağışlı baxışına...
...Düşdüm hər qağışına
heç nə bilməyən kimi....
******
qışı sümüyü kəsirdi,
yayında külək əsirdi...
Aləm içimdə əsirdir-
heç nə bilməyən kimi..
******
Qış içində azan-mən;
.,çıxmaram bu yaza,mən..
-Vurulldum bir qıza mən-
heç nə bilməyən kimi....
******
...ömür-günləri qaçağan,
gümüşü saçıma yağan...
...Sığınım daşa,torpağa
heç nə bilməyən kimi.
...bu nimdaş
dünyanın,
nimdaş pencəyinin
çırıq ciblərindən çıxan
barmaqlarım
üşüyür...
...yazına çatammasam
qışında qalaram mən.
torpağına bələnib
daşında qalaram,mən...
..kəsik.. olanım-sənsən,
yasaq olanım -sənsən...
Uzaq olanım-sənsən
huşunda qalaram mən....
fikirlərim kölgədə....
Ölsəm qərib ölkədə
ruhum ilə ...
bəlkə də
döşündə qalaram mən.
...Dədəmizlə yer eşib,
Nəsimiylə ğörüşüb,
Tarixinə ,,ilişib,,-
yaşında qalaram,mən....
7.03.2019.

...

...1+1...ики,
2+2...дörd...
və bütün vurma-bölmə cədvəli...
nə bilim,atam,nə bilim...
Arximeddən,Nyütondan,
laap Eyntşeynin özüylə müzəkkiram var-
...gilə-gilə düşən yağış damlası,
anamın əlli yeddi-sənədyməz-qarğışı-
dədəmin müharibə qəlpələrı-
(dünya bizimdir,deyənin,qərib yeri)
Dünyanın qərib yeli......
saya bimirəm,atam...
....məndən məsləhət soruşan,bala-
riyaziiyyəti yaxşı oxu....

vaxt

Bir addim arzu,
bir addım sevinc,
bir addım baxt...
Bax-
belində küləyi,
ovcunda ürəyi,
əlində çələyi-
hara qaçır Vaxt?!
...gözlərimin yaddaşında gizləmişəm
sürətini-
evdəkilər tapmasın deyə
pıçıltılarını küləklərə səpmişəm-
məndən başqa heç kim eşitməz...
amma illər ötsə də
sənəoxşarını görəndə
öz yaşım yadımdan çıxır...
ğöz yaşım kimi yağış yayılır küləklərə...
...hələ də sevirəm səni...
...gərək gizləyəm bu etirafı da
daha özümdən...

bəlkə

....ehh,bilmərəm,bəlkə də
qalsam,soyuq ölkədə-
bir qyunun didində
sümüylərim üşürsə,
yadıma yurd düşərsə-
yurdum-evim-Bəşərsə-
təsəllı taparammı...?
...amma,istərəm,atam,
öz bağımızda yatam...
çiçəklər ləpə-ləpə,
xəzəli təpə-təpə
yağışı səpə-səpə
üstümdə ağlayanın
təsəllisi qızılgül...
Tanrı bunu görmürdü-
nə huşda,nə başdadı-
iyini qapmaq olmur.?..
Ayrılıq-bir ömürdü-
əvvəlini başladın
sonunu tapmaq olmur...
3.06.2019

хххх

kəndimizin tozunun da qızmar 
nəfəsi,
kanaldan tapdığım balıqqulağınbakı
dəniz səsi,
hər gecə quş kimi uçmaq həvəsim-
mənim sibir yuxularım
qorxularım boydadıdırlar...
...qorxuram yadımdan çıxar
sadaladığlarım...

.....

asdım ayı
günün batdığı yerində,
kəndin o başında
qonşunun camışları yatdığı
yerində...
gəldim kanal qırağı
saya-saya dəhnə ağaclarını...
....düz evə gəldim.
.ay qalxmışdı göy üzünə...

....

hisslərimdən can verirəm,
ürəyimdən qan verirəm-
bu axşam ehsan verirəm-
gəl ey,dostum,gəl ay qardaş...
sevginin azıb içində
gül tapdım əzab içində.
asıldım qəzəb içində-
əlimdə daş,gözümdə yaş...
ömür keçir oğrun-orğün
bir sifət gülüşə vurğun-
beynindəki xəyal yorğun
dilindəkı sözə yaraş...
...,,ah,,a döndüm ,,eh,,ə döndüm,
damla-damla şehə döndüm
isti,soyuq mehə döndüm-
ruh oluram yavaş-yavaş...
29.06.2019.