28 Haziran 2019 Cuma

....

hisslərimdən can verirəm,
ürəyimdən qan verirəm-
bu axşam ehsan verirəm-
gəl ey,dostum,gəl ay qardaş...
sevginin azıb içində
gül tapdım əzab içində.
asıldım qəzəb içində-
əlimdə daş,gözümdə yaş...
ömür keçir oğrun-orğün
bir sifət gülüşə vurğun-
beynindəki xəyal yorğun
dilindəkı sözə yaraş...
...,,ah,,a döndüm ,,eh,,ə döndüm,
damla-damla şehə döndüm
isti,soyuq mehə döndüm-
ruh oluram yavaş-yavaş...
29.06.2019.

Hiç yorum yok:

Yorum Gönder