28 Haziran 2019 Cuma

...yazına çatammasam
qışında qalaram mən.
torpağına bələnib
daşında qalaram,mən...
..kəsik.. olanım-sənsən,
yasaq olanım -sənsən...
Uzaq olanım-sənsən
huşunda qalaram mən....
fikirlərim kölgədə....
Ölsəm qərib ölkədə
ruhum ilə ...
bəlkə də
döşündə qalaram mən.
...Dədəmizlə yer eşib,
Nəsimiylə ğörüşüb,
Tarixinə ,,ilişib,,-
yaşında qalaram,mən....
7.03.2019.

Hiç yorum yok:

Yorum Gönder