31 Ağustos 2018 Cuma

Allah,bizi özün saxla

.gül-çiçək qəfil solacaq,
buludlarla göy dolacaq;
Yadımızda nə qalacaq
ötən gündən,
ötən gündən?...

....qaya uçub,dağım "düşüb",
xəzanlığa bağım düşüb...
Başımdan papağım düşüb
qədir-qiymət itən gündən...

..bu nə evdi,bu nə qurğu-
yolu kəsə,izi yorğun?...
Nəğməm susub,qarğa-quzğun
bülbü kimi "ötən" gündən...

...hara gedək bu ayaqla?...
Anam,gəl,üstümdə ağla...
...Allah,bizi özün saxla
hələ bundan çətin gündən!!!

1997.

29 Ağustos 2018 Çarşamba

Uşaq

Qardaşım Natiqə
...asta-asta gəlir uşaq,
gah yıxılır,gah da qalxır,
dolur Günə,dolur yaşa-
açılan sabahdan qalxır.
söz bilib nağıla gəlir,
gözündən ağıla gəlir...
Şəkərə,noğula gəlir-
istəkdən,tamahdan qalxır.
böyüyür-gileyi görür,
hər əsən küləyi görür...
....Qisməti-çörəyi görüb
keçilməz günahdan qalxır.
...qocalr-ömrü yadında,
keçə-keçə inadından...
...Tutub ruhun qanadından
Bir olan Allahdan qalxır...