28 Haziran 2019 Cuma

xxx

...bir gün yadımda var idi-
bağımız bütün qar idi...,
xəyalımda bahar idi
dünyanın düz tərəfində...
hər çən-duman Bir dağındı.
....görürsən,qara ağındı?
Yaxındı,qardaş,yaxındı,
şəkər də duz tərəfində...
...qəmimiz -neyə,tütəyə,
gəmimiz-zirvəyə-tiyə...
yığdım abrımı ətəyə
dünyanın qız tərəfində...
göylə yer əyri olsalar,
kiminsə sehri ollsalar.
Sözlə haqq ayri olsalar-
mən qaldım söz tərəfində..
23.01.2019

Hiç yorum yok:

Yorum Gönder