24 Mart 2017 Cuma

Xatırla məni...

Xatırla məni-
gözlərinə bu yollar şəkil kimi hopanda...
Xatırla məni-
ümüdlər ürəyindən yarpaq kimi qopanda........
....Kim istədi belə talehi?-
Həsrətindən ev tikib içindəcə qocaldı...
Gözlərinə qondu səhərin şehi-
təbəssümü açılan səhərdən borc aldı?...
Kim qaytarar indi o sevinci,
o sevgini kim qaytarar?...
Bir nəğmə kimi oxunar,
bir nağıl kimi qurtarar....
...Xatırla məni-
içində gizlədiyin lal arzular dinəndə...
Xatırla məni-
...nakam məhəbbətin heykəlinin önündə...

Hiç yorum yok:

Yorum Gönder