24 Mart 2017 Cuma

Ağıldı

Son dirək tək son ümüdüm
yıxıldı, qardaş,yıxıldı.
Ovcumda su gətirirdim-
dağıldı,qardaş,dağıldı.


Gözlərimə çıxır qəmi,
gözlərimdən axır qəmi.
Dünyanın ən ağır qəmi-
ağıldı,qardaş,ağıldı.


Kimdir bu qəmi daşıyan,
kimdir yoluna daş yayan?..
Öz içində tək yaşayan-
sağırdı,qardaş,sağırdı...

Saçını darayır külək,
qısılıb çiyninə mələk.
Bir də gördün bizi fələk
çağırdı,qardaş,çağırdı...

Hiç yorum yok:

Yorum Gönder