24 Mart 2017 Cuma

Söz yolu

Məndə getdim söz yoluyla,
bu dunyanın düz yoluyla...
Öz atını öz yoluyla
öz altında çapan hanı?


Bir daş atdım bu gölə də-
qaldı açılmaz tələdə...
Dünya can verir hələ də- 
gözlərini qapan hanı?


Nə şirindi,nə acıdı,
nə cavandı,nə qocadı,
bu həyat bir tapmacadı-
cavabını tapan hanı?


Ömrünü yollara sərib,
hər baxçadan bir gül dərib,
hardan gəlirsən,ay qərib-
elin hanı,oban hanı?!!..

Hiç yorum yok:

Yorum Gönder