Nə eşitdim qəm dinəndə-?
qırıq səslər yada düşür.
Yaddaşın o tərəfində
qalan kəslər yada düşür...
Göz dinir çıraq görəndə,
qürrələnir dağ görəndə.
Kim dedi-bulaq görəndə
göy dənizlər yada düşür?..
Xeyir şərə qarışanda,
Haqq yalanla yarışanda,
ədalətdən danışanda
adi sözlər yada düşür...
Qəddimizi zaman əyir,
ötənə bax-sənə deyir...
Könlümüzə tikan dəyir-
ala gözlər yada düşür...
Usta sazı ələ alıb-
Ürəyimə ümüd salıb-
Əgər harda hörmət qalıb-
orda bizlər yada düşür!
qırıq səslər yada düşür.
Yaddaşın o tərəfində
qalan kəslər yada düşür...
Göz dinir çıraq görəndə,
qürrələnir dağ görəndə.
Kim dedi-bulaq görəndə
göy dənizlər yada düşür?..
Xeyir şərə qarışanda,
Haqq yalanla yarışanda,
ədalətdən danışanda
adi sözlər yada düşür...
Qəddimizi zaman əyir,
ötənə bax-sənə deyir...
Könlümüzə tikan dəyir-
ala gözlər yada düşür...
Usta sazı ələ alıb-
Ürəyimə ümüd salıb-
Əgər harda hörmət qalıb-
orda bizlər yada düşür!
Hiç yorum yok:
Yorum Gönder