Haqq üzünə yalan gəlib,
nə bəlalı zaman gəlib?
Oylaqlara duman gəlib-
çənə düşüb dağlarımız...
Rühüm orda at çapardı,
nə gəzərdi,nə tapardı?..
Qurd yedi,quzğun apardı-
kimə qaldı baglarımız?!
Göz yaşından tam dadırıq,
yatanları oyadırıq?..
Biz hardansa qayıdırıq-
öndədir axsaqlarımız...
Ruhumuza yaxın olsaq,
Xətaini yada salsaq,
əlimizə qılınc alsaq-
yuyular günahlarımız!
nə bəlalı zaman gəlib?
Oylaqlara duman gəlib-
çənə düşüb dağlarımız...
Rühüm orda at çapardı,
nə gəzərdi,nə tapardı?..
Qurd yedi,quzğun apardı-
kimə qaldı baglarımız?!
Göz yaşından tam dadırıq,
yatanları oyadırıq?..
Biz hardansa qayıdırıq-
öndədir axsaqlarımız...
Ruhumuza yaxın olsaq,
Xətaini yada salsaq,
əlimizə qılınc alsaq-
yuyular günahlarımız!
Hiç yorum yok:
Yorum Gönder