24 Mart 2017 Cuma

Şair,şer necəyədir?

Tanrım,nə ummuşam mən qolubağlı-
gözüm gördüyünü istəməz daha.
Verdiyin-söz oldu-sinəmdə ağrı,
ağrının qiyməti ömürdən baha-
necəyə verirsən bu şeri,şair?...


Gün-gün yazılmışam şerlərimdə-
yadımda dərdlərim,yadımda həyat.
Vallah,asılmışam şerlərimdən,
düşsəm-qır qazanı altımda həyat-
neçəyə verirsən bu şeri,şair?..


Hərdən şerimə də yadam mən,yadam,
insan bir ürəklik gümanda azar...
...Bu dünya kökündən satılır,atam,
bu dünya əzəldən bazardı,bazar-
neçəyə verirsən bu şeri,şair?..


Elə düzdən qaçıb,əyridən qaçıb
gündə neçə yandan basılıram,mən.
Yaza bilmədiyim şerdən qaçıb
yazdığım şerə qısılıram,mən-
neçəyə verirsən bu şeri,şair?...


...Bir ömür üstümə yağar yağışlar,
bir ömür üz tutub sənə,ilahi,
deyirəm-Bu şerə məni bağışla,
çox görmə bu şeri mənə ilahi-
...neçəyə verirsən bu şeri,şair?!!!


1990.

Hiç yorum yok:

Yorum Gönder