Göz köməkçi yol gedənə
mərdin qəmi namərdə nə?..
Əlimizdən düşən dənə
bir gün qalxıb bağ olarmı?..
Sərhədsizdir yaxşı-yaman,
boy vermir Günəşə duman.
Gözümüzdən işıq uman
üzümüzə ağ olarmı?!.
Səbrim dözər vaxt əyləsəm,
dərd qocalmaz bələkləsəm.
Adına ,,Vətən,,söyləsəm
bu təpədən dağ olarmı?..
Eşqli qəlb-sevincə yasaq,
sənə yaxın,məndən uzaq...
Sevgiyə qapı bağlasaq
ürəyimiz sağ olarmı?!!!
mərdin qəmi namərdə nə?..
Əlimizdən düşən dənə
bir gün qalxıb bağ olarmı?..
Sərhədsizdir yaxşı-yaman,
boy vermir Günəşə duman.
Gözümüzdən işıq uman
üzümüzə ağ olarmı?!.
Səbrim dözər vaxt əyləsəm,
dərd qocalmaz bələkləsəm.
Adına ,,Vətən,,söyləsəm
bu təpədən dağ olarmı?..
Eşqli qəlb-sevincə yasaq,
sənə yaxın,məndən uzaq...
Sevgiyə qapı bağlasaq
ürəyimiz sağ olarmı?!!!
Hiç yorum yok:
Yorum Gönder