24 Mart 2017 Cuma

Sevirəm səni

Başının üstündə ay var,ulduz var-
gözünün önündə mən durmuşam,mən...
Pərişan telində gəzir barmaqlar,
baxişlar elə bil deyir həzindən:
-sevirəm,sevirəm,sevirəm səni...

********************

Lalənin bağrına şeh düşüb dən-dən,
əyilib üstümə söyüd budaği....
Ilıq yanağına dəyib qəfildən
pıçıldar dodağım,yanar dodağım:
-sevirəm,sevirəm,sevirəm səni...

********************

Gecənin bağrında bir sevda izi-
bu zülmət gecədə sənlə azaram...
Düşüb qabağında mən dizin-dizin
torpağa yazaram,daşa yazaram-
Sevirəm,sevirəm,sevirem səni!!!

********************

Gözündə yaşarıq eşqim də,mən də-
sevilməkmi asan,sevməkmi asan?!.
...Gizləyib üzünü bir anlıq sən də
həzincə,yavaşca pıçıldayırsan:
-sevirəm...sevirəm...sevirəm səni...

********************

Gəl,gülüm,səcdə et bu ali sözə,
gəl,gülüm,həsrətin belini eyək.
Ən ağır gündə də bir-birimizə
"sevirəm,sevirəm,sevirəm" deyək!!!!



1984

Hiç yorum yok:

Yorum Gönder