24 Mart 2017 Cuma

Qalar

Külək dalğaları yoracaq,atam,
duman da dağlara çəkilb qalar.
Bu dünya yerində duracaq,atam,
damları-daşları sökülüb qalar.


Gedirik,qaçırıq niyyətə doğru-
özundən xəbərsiz min adamoğlu...
Dərdini içində boğ,atamoğlu,
gözlərinin yaşı tökülüb qalar.


Hissim bir kimsəyə dil açmayacaq,
nə də ömür uçun əl açmayacaq.
Yığılan var-dövlət gül açmayacaq,
hardasa bir ağac əkilib qalar.


Əli,toy gətirək savaş üstünə,
bacı sifətinə,qardaş üstünə.
...Bəlkə bir soz yazdım bir daş üstünə-
hərflər tarixə bükülüb qalar!

Hiç yorum yok:

Yorum Gönder