24 Mart 2017 Cuma

Şair talehi

Talehim qayğılı,arzum dağili-
qəmim də içimdə daha qöcalıb...
...Yazdığım şerlər məndən ağıllı,
yazdığım şerlər məndən ucadır...


...Onda Nəsimiyə rəhmət oxuyum,
havası soyulan dərimdə,qanda!...
Haqqı əzizləyim,qəmi toxuyum,
oxşa ürəyimin dərdini onda...


Bu axan çay deyil-bir bax,yaxşı bax-
axaran qurudur torpağı,daşı...
Özünü(darıxıb) yanına apardı Allah-
o,Araz-Məmmədin gözünün yaşı...


Döğulan günümdən üstümə yağır-
dilimi dişləyim,qəmi çeynəyim!...
Sıxıb ürəyimi beynimdən çıxır-
bu şeri yazmayıb daha neynəyim?!...


Yağışa oxşamır-yağsa da belə-
islanır suyunda gozümün yaşı...
Sakit ağlayıram mən,gülə-gülə,
heç hərdən görmürəm dostu-qardaşı...


O vaxt Füzülini ağladan dərddi-
bəşərə bəşərlik-çəkisi-dadı...
Beyindən xəbərsiz ruhumu diddi-
şair talehidi bu dərdin adı...


Ölümsüz də olsa bu dərd qocadı-
oxşama söyləyir,bayatı deyir.
...Yazdığım şerlər məndən ucadır,
məndən ağıllıdır yazdığım şer...

Hiç yorum yok:

Yorum Gönder