24 Mart 2017 Cuma

Ana yurd

Sərvət nədir?-
göy üzü,Tanrı sözü,
Ana yurd!
Millət nədir?-
ana südü,ana dili,
Ana yurd!...
Söhbət nədir?-
ürəyimizin nisgili...
...Qayıtsam üzümü yenə sürtəcəm,
sənin hər daşına,hər çiçəyinə...
Yoldan keçənlərə salam verəcəm-
gözündən nəslinə oxşadıb onu-
çağırıb üzünü öpəcəm yenə......
...amma ürəyimin nisgili getmir-
üzündə ana südü,
dilində Tanrı sözü,
başında göy üzü-
bu uşağın gözündə bu boyda qəm nə gəzir?...
...Ana yurd-
sənin çəmənində tapdım dünyanı-
itirirəm dünyanı qayğında sənin!
Baxış qəzəblənib ürək dayanır-
solunu tappmadım...
sağında sənin
gəzəndə çəməni opməyən kəslər!
Ana yurd,
həsrətin bayrağım oldu-
amma bu bayraqla göz yaşımı silirəm,niyə?
Ana yurd,həsrətim bir addım yoldu-
bir ömürdü bu yolla gəlirəm,niyə?!!!!
...A n a   yurd....

Hiç yorum yok:

Yorum Gönder