24 Mart 2017 Cuma

Alqış yerinə

Yağan yağış yağa-yağa-
islandım mən baxa-baxa...
Yrəyimə axa-axa
göz yaşım-yağış yerinə...

Külək vurdu obaları,
sel apardı yuvaları...
Nənəmizin duaları
üstümə alqış yerinə...

Əsr keçdi anımızda,
ümüd qalmır yanımızda...
Əyri yollar alnımızda-
arzuma naxış yerinə...

Mənə rüzi gətiriblər-
hansı ağacdan dəriblər...
Bu qəlbi mənə veriblər-
bu ömrə-qarğış yerinə...

...Lalam,səsimdə də yanam,
dinmir...gileyində anam...
Baxıb kirimə,ay  sonam-
bir söz de, baxış yerinə...

Hiç yorum yok:

Yorum Gönder