24 Mart 2017 Cuma

Mən bacarmadım...

Göyü görə-görə torpaq deyəsən,
xəzələ-saralmış yarpaq deyəsən,
qatığa-həm qara,həm ağ deyəsən,
deyəsən-nə yaxşı,nə pis olasan-
gərək bu zamanda artist olasan!...

Unut həqiqəti,görmə düzünu,
bağla qulağını,qapa gözünü,
dəyiş sifətini,dəyiş sözünu-
kim deyir sözündə dürüst olasan?...-
Gərək bu zamanda artist olasan...

...ilan tək hər fəsil gön dəyişməyi,
düşmən qarşısında ön dəyişməyi,-
öyrən gecə-gündüz don dəyişməyi,
geyimlə-keçimlə sən dəst olasan,
gərək bu zamanda artist olasan...

Bir sözə dayanıb,bir səsə gəlsən-
aldanma hissindən həvəsə gəlsən.
Özün də özünlə üz-üzə gəlsən-
nə düşmən olasan,nə dost olasan-
gərək bu zamanda artist olasan!!!

Hiç yorum yok:

Yorum Gönder