Bu eldən yuxarı,bir dağ başında,
hara nə ün yetir,nə bir səs çatır,
bilmirəm,bilmirəm neçə yaşında
qısılıb qınına bir qılınc yatır.
Baxır,baş qaldırıb gəlib gedənə,
dərdini içində hələ gizləyir.
...O qılınc görəsən nə axtarır,nə,
o qılınc görəsən kimi gözləyir?!..
Fikri uzaqlarda,çatıb qaşını,
hələ də sönməyib gözünün odu.
Deyir:Bəs nə gəldi elin başına,
yoxsa boşaldımı Koroğlu yurdu?!,
Hanı igidləri obalarımın,
itirdik ilxıda atlarını da!
Adı nə ağırmış babalarımın-
qaldıra bilmirik adlarını da!!!
Əllə tikdiyimi dilimiz sökər-
bağlayıb üzlərə həyət-bacanı
dedik ki,İsmayıl dirilsə əgər
bütöv görərik biz Azərbaycanı!!!
Ağlattdıq,sızlatdıq dilsiz Arazı,
qurudub dağlarda sellərimizi.
Babəyin qolundan şerlər yazıb
ciblərdə gizlətdik əllərimizi!!!
Hay verə bildikmi hər çağırana,
biz niyə bu günə düşdük ay,atam?
Daş kəsək tullayıb mərd cığırına,
"Namərd körpüsündən keçdik" ,ay atam!
...Qəzəbdən yaş töküb ağladı qılınc,
sözünü qəhərlə bitirdi,yazıq.
Özünü qınında bağladı qılınc,
özünü qınında itirdi yazıq...
...Nə qədər danışır Babək nəvəsi,
Koroğlu nəvəsi ona daş atır,
qalalar içində,dağlar başında,
qısılıb qınına qılınclar yatır!!
hara nə ün yetir,nə bir səs çatır,
bilmirəm,bilmirəm neçə yaşında
qısılıb qınına bir qılınc yatır.
Baxır,baş qaldırıb gəlib gedənə,
dərdini içində hələ gizləyir.
...O qılınc görəsən nə axtarır,nə,
o qılınc görəsən kimi gözləyir?!..
Fikri uzaqlarda,çatıb qaşını,
hələ də sönməyib gözünün odu.
Deyir:Bəs nə gəldi elin başına,
yoxsa boşaldımı Koroğlu yurdu?!,
Hanı igidləri obalarımın,
itirdik ilxıda atlarını da!
Adı nə ağırmış babalarımın-
qaldıra bilmirik adlarını da!!!
Əllə tikdiyimi dilimiz sökər-
bağlayıb üzlərə həyət-bacanı
dedik ki,İsmayıl dirilsə əgər
bütöv görərik biz Azərbaycanı!!!
Ağlattdıq,sızlatdıq dilsiz Arazı,
qurudub dağlarda sellərimizi.
Babəyin qolundan şerlər yazıb
ciblərdə gizlətdik əllərimizi!!!
Hay verə bildikmi hər çağırana,
biz niyə bu günə düşdük ay,atam?
Daş kəsək tullayıb mərd cığırına,
"Namərd körpüsündən keçdik" ,ay atam!
...Qəzəbdən yaş töküb ağladı qılınc,
sözünü qəhərlə bitirdi,yazıq.
Özünü qınında bağladı qılınc,
özünü qınında itirdi yazıq...
...Nə qədər danışır Babək nəvəsi,
Koroğlu nəvəsi ona daş atır,
qalalar içində,dağlar başında,
qısılıb qınına qılınclar yatır!!
Hiç yorum yok:
Yorum Gönder