24 Mart 2017 Cuma

Yoxdu...

Xoş günüm uzaqda-təbəssümümə

qol tutub,əl tutub gulənim yoxdyu....

Baxıb gözlərimə,gülüb üzümə

niyə ürəyimi bilənim yoxdu?..





Ümmanam-içimdə çağlayıram mən

Göylərə ümüdü bağlayıram mən

Gör nə zamandı ki ağlayıram mən

hələ gözlərimi silənim yoxdu...





Ağaran yollarda gözüm qalıbdı

ürəyim illərdən qəzəb alıbdı

Tənhalıq içimdə mənzil salıbdı

Gedənlər getdilər-gələnim yoxdu!

Hiç yorum yok:

Yorum Gönder