24 Mart 2017 Cuma

Həyat

Kimin məzarıdı bu dərin dərə?-
nə vaxtsa özümüz onu oymuşuq...
Gecəni-gündüzü qatıb bir yerə
adını nədənsə **həyat** qoymuşuq...


Gözümüz önündə qarğa rənginə
ay çıxıb bir damla işıq verəcək.
Buz vurmuş urəyin qar ahənginə
əlimiz günəşdən isti dərəcək...


...Bu da bir təsəlli,bu da bir yalan-
toza bələnən tək bələndim ona...
Payızda dirçələn,baharda yanan
ümüddən uzağam,uzağam anam!


...Yox getmə,yox getmə-əlim uzalı,
saxla o baharı,unut bu qışı!
Urəyim kədərdən qabar qazanıb,
gizlənib yağışda gözümün yaşı...

Kədəri ümüdün gözünə atıb
sən aya **lay-lay** çal,günəşi oyat!
Gündüzü gecəni bir yerə qatıb
gəl qoyaq,gəl qoyaq adını həyat!!!

Hiç yorum yok:

Yorum Gönder