24 Mart 2017 Cuma

Oxuyub şerimi ağlama

Getdim-bəlkə çatam ömrün yazına,
gəldim-ürəyimə qabar qazanam...
...Mən şair deyiləm,şer yazanam-
oxuyub şerimi ağlama,qardaş.


Fələyin amansız çagına gəldim,
inanma,kim desə ağıla gəldim...
...Mən sehrə inandım,nağıla gəldim
oxuyub şerimi ağlama ,qardaş!


Günəşi axtardım-düşüb soyuğa,
elə əl uzatdım curuk dayağa...
Dünya gülməlidir başdan ayağa-
oxuyub şerimi ağlama qardaş.


Qəlbimi min yerə bölə bilmədim,
göylərin sirrini bilə bilmədim.
Mən necə sevdim ki,ölə bilmədim-
oxuyub  şerimi ağlama qardaş!!!


Hardasa bir ürək anmadı məni,
çiynimə mələklər qonmadı,mənim?...
Ahımdan fələklər yanmadı mənim-
oxuyub şerimi ağlama,qardaş.


...Bilmirəm bu cığır hara uzanar,
soyuq ürəyimiz harda qızınar?...
...Mən şair deyiləm,şer yazanam-
oxuyub şerimi ağlama,qarda...

Hiç yorum yok:

Yorum Gönder