24 Mart 2017 Cuma

Burda bir qız yaşardı

Burda bir qapı vardı;
üzümə açılası günü var idi onun.
Burda bir həyət vardı;
ağacları,otları,gülü var idi onun...
 Burda bir ümüd vardı;
sevgimdən bir xəbərsiz könlü oyadacaqdı.
Burda bir arzu vardı;
xəyalımda doğulub ruhumda yatacaqdı...
Burda məhəbbət vardı-
gecəsi ay çöhrəli,gündüzü Günəş boylu.
Burda bir gözəl vardı-
o həyətdən,qapıdan mənə baxırdı toyu...
....Orda bir qapı qalıb-
dəstəyində əllərim qırıldı qaldı onun.
Orda bir həyət qalıb-
bağçasında gülləri saraldı qaldı onun...

......Eh,nədir bu fikirlər
ürəyimi ağrıdır,gözlərimi yaşardır.
Burda bir həsrət qalıb-
orda bir qız yaşardı.
orda bir qız yaşardı...

                 27 fevral 1986

Hiç yorum yok:

Yorum Gönder