24 Mart 2017 Cuma

Ayrılıq

Ömrüm-qərib yollar,
talehim-ayrılıq qazancı...
Gözlərim dola-dola
baxıram....
Divardakı şəkillərdən deyinirlər üzümə
atam-anam,
qardaş-bacı...
Gördüyüm yuxular
vətən dadırlar...
Məni çoxdan aldadırlar
gördüyüm yuxular...
Evimizin önündən axan şayın
tamı gəlir yuxularımdan...
Baqımizdakı tut ağacının
yarpaqları əsir yuxularımda...
Mən bollu-bollu
tut yeyə bilmədim ancaq;
ömrüm-qərib yollar,
talehim-
ayrılıq qazancı...

2006.

Hiç yorum yok:

Yorum Gönder