24 Mart 2017 Cuma

Icimdə bir uşaq yatıb

Xəyalım o günə çatıb;
Dəcəlliyi qəmə qatıb-
içimdə bir uşaq yatıb
sifəti silliyə möhtac...


Geri baxdım öndən uzaq
bəbəklərim gündən uzaq....
Ayağım çəməndən uzaq-
könlüm təsəlliyə möhtac...


Nə səfərdi,nə qismətdi?-
gələn gəldi,gedən getdi....
Həsrətim ruhumu didti-
yerə möhtac,göyə möhtac...

Üfüqdə günü süzürəm-
beynimdə xəyal düzürəm...
Mən hardıyam nə gəzirəm
bir doğma küməyə möhtac???!!1

Xəyalım o günə çatıb;
Dəcəlliyi qəmə qatıb-
içimdə bir uşaq yatıb
sifəti silliyə möhtac...

Hiç yorum yok:

Yorum Gönder