24 Mart 2017 Cuma

Təbriz

Yenə xəyallarım düşüb kəməndə,
ölüb qalanmıdır bu arzu məndə?
Gün ola mən gulüm sən də güləndə,
gün ola mən səni görəydim,Təbriz,
Telinə gül-çicək hörəydim,Təbriz.

Dikibdir o səmtə bəşər gözünü.
O xeyir gözünü,o şər gözünü.
Tikanlı məftillər deçər gözümü,
tikanlı duyğular oyana Təbriz,
quş olub ucaydım o yana,Təbriz.

Könlümün itəni kin ola,Allah,
bu arzu bir böyük din ola,Allah,
Təbrizli yuxular çin ola,Allah-
görüm vüsal adlı yoldasan,Təbtiz,
hardasan,hardasan,hardasan,Təbriz?

Yağış tək üstünə yağaydım sənin,
küçəndən,döngəndən axaydım sənin.
Bir ömür hüsnünə baxaydım sənin,
qazaydım sinəndə qəbrimi,Təbriz
kəsdi bu həsrətin səbrimi,Təbriz!!
1984

Hiç yorum yok:

Yorum Gönder