24 Mart 2017 Cuma

Nadir Dadaşova

Sakitcə yolumu hamarlayiram,
qəmi tüstüləyib,damarlayıram...
İçimdə dərdimi tumarlayıram-
itib,qəzəbimi tapa bilmirəm!

Torpağı qaldırıb göyə yapmağa,
bir saman çöpündə ümüd tapmağa,
dünyanı başımdan yerə çırpmağa
daha əsəbimi tapa bilmirəm...


Günəşdən bir ayrı gün yaradıram
şeytandan xəbərsiz cin yaradıram...
Özüm öz içimdə din yaradıram-
hanı–məssəbimi tapa bilmirəm!!!!

Hiç yorum yok:

Yorum Gönder