24 Mart 2017 Cuma

Oxusun (poemadan)

Oxu qardaş,dinsin səsin,
ürəyimi didsin səsin-
bir ,,qarabağ şikəstəsi,,-
şikəstələr qoy oxusun...


Yaşayırıq nə dəmində,
yurdu yoxdu heç qəmində...?!!
Xətainin çəmənində
düşmənlərim toy oxusun!!!


Kim axtarır dərd yerini-
qəzəbin o sərt yerini...?
Yaddan çıxan mərdliyini,
tarixini öy-oxusun...

Yurduma qan gətirənin,
orda qanqal bitirənin...
O gorunu itirənin
sən goruna söy,oxusun!!!



...Yurd boyu soraqda gedin-
deyin-umudum sən idin...
Əliqılınclı igidin
qapısını döy,oxusun!!!

3 Kasım 2012 Cumartesi

20 faiz poemasından

Mənim babam dağlı idi-

ucalığı sevdiyindən

boyu dağlara çatardı.

Səsi-şəlalə harayı,

səbri-meşə sükutuydu.

Danışanda bir kimseylə-

əcəb-əcəb,yaxşı-yaxşı deyə-deyə,

elə maraq yaradardı

söhbət edən söhbətini-

ən şirin söhbət sayardı.

...Mənim babam dağlı idi-

o,dağlara baxa-baxa,

buludlardan danışardı,

yağışlara qarışardı...

Məhəbbətdən soz açardı-

cavanlarla ,,yarışardı,,...

Amma nəsə... o dağlardan danışmazdı,

kanal suyunu içərdi-

bulaqlardan danışmazdı...

...Elin-günün xoş çağında,

köçmüşdü dağdan arana-

istəseydi qayıdardı-

amma dağa baxa-baxa,

öz içində darıxardı...

Allah ona rəhmət etsin....

ⅦⅦⅦⅦⅦ

Əgər bir dağ lal səbrində dindisə,

dağa dönüb ürəyinə döndüsə,

Əgər bir dağ həsrətində öldünsə-

o bir dağın neçə faiz,ay baba?

bəs bulağın neçə faiz,ay baba...!!!!!!



          .......................
İz boyu gülləri solub
qərənfil telini yolub...
İlk görüşüm burda olub-
bu bulaq-mənim bulaqım...



Sirrlərimi daşıyardı,
damlasında kişi vardı..
Barmaqlarım üşüyərdi-
bu bulaq mənim baulaqım...



Nə gərəkdi,nə hədərdi?
Nə sevincdi,nə kədərdi?
...Elə Vətənim qədərdi-
bu bulaq mənim bulaqım..



Yollarını keçmək olmur
otlarını biçmək olmur...
Sal suyundan içmək olmur
bu bulaq mənim bulaqım...


...Söylə qardaş,dayazlara
bu nə yoldu,bu nə izdir!!
Böl Vətəni faizlərə-
hər damlası-yüz faizdi-
bu bulaq mənim bulaqım!!!!!!!!




Mən bilməzdim...bu qəm nədir
harda mərdlik səddi bitdi...
Bığım saqqalım var idi-
hara getdi...hara getdi?!!!


Yuxulara qatılan yurd
xəyallara salınarmış...
Oba-oba satılan yurd
faiz-faiz alınarmış!!!!

Hiç yorum yok:

Yorum Gönder