24 Mart 2017 Cuma

Qaranquş

Daha yaz havası tutdu beşiyi,
alıb xəyalımı aparır,bu huş.
Çatıb dimdiyinə evi-eşiyi
yenə kəndimizə gəldi qaranquş.

Görən nə gətirib bu fəsil bizə-
bir söz taparıqmı dediklərində?
Göydən yurdumuzu hey süzə-süzə
dünyanı gəzdirir dimdiklərində?...


...Uçan xəyalıma kor şaxta-qənim-
dünyanın nə qədər çəkisi azmış...
Xəyala dalmışam-
bu xəyal mənim,
özümü aldatdım-
elə bil yazmış...

Hiç yorum yok:

Yorum Gönder