24 Mart 2017 Cuma

Oxu,bülbülüm,oxu...

Hara düşdü sorağım,
hanı həsrətim mənim?
Oxu,umud dayağim,
oxu,qismətim mənim-
Oxu,bülbülüm,oxu...

***********

Ömrün dərd gərdişində
yüngüllük-ahmı olur?!.
Adam dara düşəndə
umudu mahni olur-
Oxu,bülbülüm,oxu...

***********

...Oxu arzu-murazdan-
yaçat elin səsini.
o taya keç Arazdan
Şəhriyar nəğməsini
Oxu,bülbülüm,oxu!!...

***********

Gözlərimdən yaş gəlir,
ömrə bahar gələydi...
"Pəncərədən daş gəlir",
qapıdan yar gələydi...
Oxu,bülbülüm,oxu...

***********

Qurbət el-mənə qəfəs,
çəkib könlümü dara.
Oxu,bu Vətenli səs
bəlkə qəmi apara,
Oxu,bülbülüm,oxu...

***********

Qəzəb tutub eynimi,
yurdum açıb yasını!-
Baqifin gileyini,
Natavan "layla"sını
Oxu,bülbülüm,oxu!!!

***********

...Könlun baharı-yayı,
tər gülü,səsindədir.
Oxu,Əli Xəyalın
nisgili səsindədir,
Oxu,bülbülüm,oxu...

Hiç yorum yok:

Yorum Gönder