24 Mart 2017 Cuma

O günlər

Xatirədir indi ürək dolusu-
məndən ona ondan mənə yol uzun...
Acısa da şirinsə də nə olsun?...
Yaman uçdu əllərimdən o günlər.


Kecən günün yoluna qar ələnmiş,
kecən günün dərəsi nə dərinmiş...
Xatirələr şəkərdən də şirinmiş-
yaman uçdu əllərimdən o günlər...


Arxana bax-söyləyib qəm çəkmişəm-
ilk məhəbbət-boynu bükük bənövşə...
Yazıq-yazıq boylanıram kecmişə-
yaman uçdu əllərimdən o günlər.


Ha boylandım,ha qayıtdım -göz doldu,
tənha oldum,dinməz oldum, sərt oldum...
Əli Xəyal, sənə qalan dərd oldu-
hara uçdu əllərimdən o günlər?!...

Baki 1983

Hiç yorum yok:

Yorum Gönder