24 Mart 2017 Cuma

Hələ-hələ ağlayırsan

Qəmin mənim atam oğlu,
niyə belə ağlayırsan?..
Özündən də oğrun-oğrun
daşa,gülə ağlayırsan...

Əlində sıxıb başını,
çatıb eynində qaşını,
gözlərindən göz yaşını
silə-silə ağlayırsan...

Qismətini görə-görə-
boyun çatmır əlin dərə-
baxıb göyə,baxıb yerə
gülə-gülə ağlayırsan...

...Müdrüklüyün üzü-kədər,
pərişanlıq qəlbi didər...
Tarixin var-bəşər qədər-
...hələ...hələ ağlayırsan...

Hiç yorum yok:

Yorum Gönder