24 Mart 2017 Cuma

Qorxuram

Daha birdə gülmürəm,mən-
gülən üzümdən qorxuram.
Nə söylədim-bilmirəm,mən-
o ilk sözümdən qorxuram.


Qayıtdım arzu-səfərdən,
saçımda yolumdu-dən-dən...
Dünyanın o əvvəlindən
gələn izimdən qorxuram.


Çağırdım,bir kəsim çıxmır,
elə bil nəfəsim çıxmır...
Qışqırıram,səsim çıxmır-
o lal səsimdən qorxuram.


...Qəmini satmaq istəyən,
zirvədə yatmaq istəyən,
Allaha çatmaq istəyən-
özüm-özümdən qorxuram!!!...

Hiç yorum yok:

Yorum Gönder