24 Mart 2017 Cuma

İnanırdım...

Axan çaya and içərdim,
göy dənizə inanırdım...
Nə ölçərdim,nə biçərdim-
mən hər sözə inanırdım...


Hanı qeyrətli balalar?...
Uçuldumu nər qayalar?!
Gizləndimi o soyalar-
gəzə-gəzə inanırdım!


Eşq dil açsa sazım deyir-
-bu saz mənim sazım deyil...
Sevgiyə söz lazım deyil-
baxan gözə inanırdım...


Əli,dərimi soydylar,
gəlib qəbrimi oydular.
Adımi dəli qoydulaq-
axı sizə inanırdım...

Hiç yorum yok:

Yorum Gönder