24 Mart 2017 Cuma

Qalmadı?!

Hələ yağır üstümüzə yağışlar,
bilinmədi nədən nəmli baxışlar....
,,Alça-gülü'',Çətən,Çərək naxışlar
xalçalara,gəvələrə qalmadı?...


Əsdi külək-son yarpağı qopardı...
kim itirib,kimlər bizi tapardı?...
...Ürəyimiz nə boydaymış-apardı,
dərdlərimiz dəvələrə qalmadı....


Talehini doladığı bu torpaq,
gözləriylə yaladığı bu torpaq,
tər-qan töküb suladığı bu torpaq-
babalardan nəvələrə qalmadı?!!!!

Hiç yorum yok:

Yorum Gönder