24 Mart 2017 Cuma

Duruldum

İçimdə ağlağan dilək-
nə qəlb dinmir,nə də ürək...
Əzəldən Qəm heykəli tək
quruldum,qağa,quruldum...


Düşüb əlini yuyunca
suyundan da dad döyunca...
Bir çayam-Vətən boyunca
buruldum,qağa,buruldum...


Fələklərdən keçə-keçə,
kələklərdən keçə-keçə,
ələklərdən keçə-keçə
duruldum,qağa,duruldum...


Sevgiləri sınamaqdan,
öz-özümü anlamaqdan,
bu dünyanı danlamaqdan
yoruldum,qağa,yoruldum...

...Bir gözəl küsüb deyəcək,
telini kəsib deyəcək,
küləklər əsib deyəcək
vuruldum,qağa,vuruldum...

Hiç yorum yok:

Yorum Gönder