24 Mart 2017 Cuma

Yoxdu

Fikri özünə ilişib-
deyərsən ki,huşu yoxdu-
yanımdan keçən dünyanın
heç mənimlə işi yoxdu.


Dərdimiz də dolur yaşa,
seçimlərim dönür daşa-
uçub bu başdan o başa
daha enən quşu yoxdu.


Gəzmir əksini itirən-
gizlənsən də kimdir görən?!
İt kimi üstümə hürən
canavarın dişi yoxdu...


Yolları çəkib gözünə,
durub dünyanın üzünə,
bir uşaq deyir özünə-
vallah,burda kişi yoxdu...


Saniyəm günümü yeyir,
yolları alnıma dəyir.....
Ürəyim ümüd istəyir-
...əşşi yoxdu,əşşi yoxdu!!!

Hiç yorum yok:

Yorum Gönder