Qardaşım Xudabağışa
-------------------
Kimi dərisini yaddan çıxardır,
kiminin qolunu kəsirlər,gedir.
əzəldən adını oddan çıxardıb
nəsillər dalıyca,nəsillər gedir.
Hansı toy olası bu yasdan sonra,
ruhumu qanımla oyub gedərəm.
Kərimdən,Ildırdan,Abbasdan sonra
Mən hansı bir nəsli qoyub gedərəm?!
Hansı qərinəyə ilişər yaddaş,
hansı əzizimin düşməniyəm mən-
gəlib o dərədən keçəndə qardaş,
yenə o quyuya düşməliyəm mən!
Yenə bu oylaga çapım atımı,
o tənha ağacdan bar olar əlbət.
Müdrük babaların,igid atanın,
qeyrətli balası doğular əlbət.
Zəhmət töküləsi,qeyrət çəkəsi,
zamanlar hər kəsin sayına düşər.
Qeyrətli babanın halal tikəsi,
Igid oğulların payına düşər.
Yenə kimdir görün çələng toxuyar,
yenə kimdir görün çəpəri əyən?!
Bizim babamıza rəhmət oxuyar,
bizim nəslimizin barından yeyən!
1994 Tomsk
-------------------
Kimi dərisini yaddan çıxardır,
kiminin qolunu kəsirlər,gedir.
əzəldən adını oddan çıxardıb
nəsillər dalıyca,nəsillər gedir.
Hansı toy olası bu yasdan sonra,
ruhumu qanımla oyub gedərəm.
Kərimdən,Ildırdan,Abbasdan sonra
Mən hansı bir nəsli qoyub gedərəm?!
Hansı qərinəyə ilişər yaddaş,
hansı əzizimin düşməniyəm mən-
gəlib o dərədən keçəndə qardaş,
yenə o quyuya düşməliyəm mən!
Yenə bu oylaga çapım atımı,
o tənha ağacdan bar olar əlbət.
Müdrük babaların,igid atanın,
qeyrətli balası doğular əlbət.
Zəhmət töküləsi,qeyrət çəkəsi,
zamanlar hər kəsin sayına düşər.
Qeyrətli babanın halal tikəsi,
Igid oğulların payına düşər.
Yenə kimdir görün çələng toxuyar,
yenə kimdir görün çəpəri əyən?!
Bizim babamıza rəhmət oxuyar,
bizim nəslimizin barından yeyən!
1994 Tomsk
Hiç yorum yok:
Yorum Gönder