24 Mart 2017 Cuma

Ürəyimi sarısan da.

Arxamca kölgə sürünür,
neçə donlara bürünür-
dünyanın Qəmi görünür
gözümüzün qarasında....


Biz tanrıdan ruh almışıq,
göyərmişik,saralmışıq...
Bəs niyə sakit qalmışıq
nadanların arasında?!!!



Həvəsdə şeytan var imiş,
haqqın qulağı kar imiş...
Öz əlim günahkar imiş
ürəyimin yarasında...



...Sən əzəlsən,sən bəşərsən!
Özünəmi gör eşərsən?-
Çöllərə Məcnun düşərsən-
danışma eşq barəsində!!!!


Xəyal yollarda azacaq,
yuxusunu el yozacaq...
Qəlbinin qanı sızacaq
ürəyini sarısan da....

Hiç yorum yok:

Yorum Gönder