24 Mart 2017 Cuma

Məni qınama

Gəl,məni qınama keçirib oddan-
özüm öz ruhumu didirəm,hələ.
Bir əli dünyada,bir əli üyrdda,
bir əli-qələmdə gedirəm,hələ...


Bir-bir arzuları düzürəm,bala-
taleh soraqlaram,baxt araram mən.
Özümü özümdə gəzirəm,bala,
özümü özümdə axtarıram mən!...


Alıb satılırmı vicdanın məgər-
nə yaman ucuzsan,nə yaman qısa...
Baxıb büdrəyənə sevinsən əgər
xəbərin olmadan batarsan yasa...


Bu mənəm!Qibtəylə qına-qınama-
nə fayda mələkdən ruhunu istə.
Dunyanın varıyla məni sınama,
sən məndən dünyanın yoxunu istə!


Harda qurtarası bu həyat yolu?-
Addımın bir barmaq çəpiyə qurban!
Çox şükür,mən oldum ilhamın qulu,
bəs neynim,sən oldun qəpiyə qurban?!.


Həyatın çiçəyi solub içində,
inanma,adına rəhmət qalacaq.
Vicdanlı bir igid ölüb içində,
sifətsiz bir artist yaşayir ancaq!


...Gəl məni sınama keçirib oddan-
özüm öz ruhumu didirəm,hələ.
Bir əli dünyada,bir əli yurdda,
bir əli qələmdə gedirəm hələ!!!

Hiç yorum yok:

Yorum Gönder